Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "Auditoriya+" layihəsi çərçivəsində Bakı Slavyan Universitetinin (BSU) Məktəb-Lisey Kompleksində (MLK) Azərbaycan Milli Teatrının 143 illiyi münasibəti ilə Cəlil Məmmədquluzadənin "Ölülər" əsəri səhnələşdirilib. BSU-nun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin ifasında təqdim olunan tamaşadan əvvəl BSU MLK-nın direktoru, dosent İlahə Carçıyeva gənc aktyorlara və təşkilatçılara minnətdarlıq edib.
ADMİU-nun dosenti Məmmədsəfa Qasımovun rəhbərliyi ilə səhnələşdirilmiş tamaşa BSU tələbələri və Məktəb-Lisey Kompleksinin şagirdləri tərəfindən maraqla qarşılanıb.
Tamaşanın sonunda Billik Fondunun icraçı direktoru Oktay Səmədov tələbə aktyorların oyununu yüksək qiymətləndirib və yaradıcı kollektivə təşəkkürünü bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB