2015-ci ilin 26 oktyabr tarixindən etibarən, Mədəniyyət və Turizm Nazirliyi Avropa Şurasının Mədəni Marşrut layihələrindən biri olan "Qədimi Qayaüstü İncəsənət İzləri" ("Prehistoric Rock Art Trails") beynəlxalq mədəni marşrut layihəsinə qoşulub. SİA-nın Nazirliyə istinadən verdiyi xəbərə görə, hazırda bu mədəni marşruta İspaniya, Fransa, İtaliya, Norveç, İsveç, Portuqaliya və İrlandiyanın 20-dən çox qayaüstü incəsənət abidələri daxil edilib.
Layihəyə üzv olmaq məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Qobustan Milli Tarix-Bədii Qoruğu və Qala Dövlət tarix Etnoqrafiya Qoruğu haqqında ingilis və fransız dillərində ətraflı məlumat hazırlanıb və Assosiasiyaya təqdim olunub.
Təqdim olunan proqram Assosiasiya tərəfindən məqsədəuyğun hesab edilib və Assosiasiyanın rəsmi saytında (www.prehistour.eu) yerləşdirilib. Saytın intellektual bələdçi bölməsində (virtual guide) Qobustan və Qala qoruqları haqqında giriş, ümumi məlumat, səfər və biletlər, şəkillər, qoruq ətrafında olan mehmanxana, restoranlar haqqında ətraflı məlumat verilib.
Layihə ilə aşağıdakı linklər vasitəsilə tanış ola bilərsiniz:
http://prehistour.eu/carp-guide/gobustan-national-historical-artistic-preserve
http://prehistour.eu/carp-guide/gala-state-historical-and-ethnographic-preserve
Bununla yanaşı, saytın Üzvlər (Partners) bölməsində Mədəniyyət və Turizm Nazirliyinin rəsmi loqosu yerləşdirilib, həmin loqo vasitəsilə www.azerbaijan.travel saytına daxil olmaq mümkündür.
Qeyd edək ki, hazırda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Gəmiqaya Tarix-Bədii Qoruğu haqqında məlumatların Assosiasiyaya təqdim olunması üzərində işlər aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB