“Nağara məktəbi” dərsliyi çap olunub

“Nağara məktəbi” dərsliyi çap olunub

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azər Əliyev, Fazil Cəfərov, Çingiz Absəlimovun birgə hazırladıqları "Nağara məktəbi" dərsliyi çap olunub. SİA-nın Nazirliyə istinadən verdiyi xəbərə görə, təqdim olunan kitaba Azərbaycanın görkəmli bəstəkarlarının, eləcə də rus və Avropa klassiklərinin əsərlərindən hissələr, Azərbaycan xalq mahnı və rəqs materiallarından nümunələr daxil edilib. Bu kitabı tərtib etməkdə məqsəd tədris proqramının inkişaf dairəsini bir qədər də genişləndirmək və müəllimlərin müasir pedaqoji təcrübəsindən daha səmərəli bəhrələnmələrinə kömək etməkdir. Dərslik uşaq musiqi və incəsənət məktəbləri üçün nəzərdə tutulub.

Qeyd edək ki, "Təhsil" nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çapı başa çatdırılmış kitab Nazirliyin tabeçiliyində olan musiqi məktəblərinə və digər aidiyyəti qurumlara paylanılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə