“Resm”in kolleksiyası “Basel World 2016”da nümayiş olunacaq FOTOLAR
Azərbaycanın ilk milli zərgərlik brendi olan "Resm" martın 17-dən 24-dək mötəbər Basel World sərgisinin B30-32 stendində (Hall of Discovery) öz unikal kolleksiyasını nümayiş etdirəcək. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, bu il "Resm" "Azərbaycan xəritəsi – tarixin çarxları" adlı kolleksiyası ilə çıxış edəcək. Artıq bir neçə ildir ki, İsveçrənin Bazel şəhərində keçirilən Basel World sərgi-yarmarkası dünyada saatsazlıq və zərgərlik sənayesinin ən əhəmiyyətli və ən geniş miqyaslı tədbirlərindən biri sayılır. 45 ölkədən təşrif buyurmuş 2100-dən çox sərgi iştirakçısı dünyanın tanınmış saat və zinət əşyaları istehsalçılarını, habelə, qiymətli daşlar üzrə ixtisaslaşan şirkətləri təmsil edirlər. Hər il sərgini 100 mindən artıq qonaq ziyarət edir.
Qeyd edək ki, "Resm"-in zərgərlik məmulatları qədim Azərbaycan ornament və naxışlarının müasir interpretasiyasını təqdim edir. Bu zinət əşyaları sadəcə dəbdəbəli aksesuar deyil, Azərbaycanın mədəniyyəti, ənənələri və hər şeydən öncə, milli ruhuna bağlıdır. Dövrdən asılı olmayaraq, "Resm"-in zinət əşyaları mükəmməllik və ən yüksək keyfiyyət sayəsində adi dəb trendlərindən üstün olmağa və əcdadlarımızın aləmini kəşf edib yenidən yaşatdırmağa imkan verir. "Resm"-in bütün məmulatları, dizaynın tarixi konteksti, ornament və ənənəvi naxışların mənşəyi barədə məlumat verən, fərdi təsvirlərlə təchiz olunur.

.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB