“Baladadaşın toy hamamı” nümayiş olunub FOTOLAR

“Baladadaşın toy hamamı” nümayiş olunub FOTOLAR

10 mart - Milli Teatr Günündə Azərbaycan Dövlət Musiqili Teatrında xalq yazıçısı Elçinin məşhur hekayələri əsasında hazırlanan "Baladadaşın toy hamamı" iki hissəli musiqili lirik komediya nümayiş edilib. SİA-nın verdiyi xəbərə görə, "Baladadaşın toy hamamı" əsərinin premyerası 3 gün nəzərdə tutulub və ilk nümayiş məhz bu gün baş tutacaq.

Tamaşanın quruluşçu rejissoru, xalq artisti Cənnət Səlimova, bəstəkarı Firudin Allahverdi, səhnələşdirəni əməkdar artist Nofəl Vəliyev, quruluşçu dirijoru Fəxrəddin Atayevdir. Tamaşada səslənəcək mahnıların sözləri Vüqar Əbdülova məxsusdur

Təqdimatdan öncə çıxış edən Dövlət Musiqili Teatrının direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev bütün teatr ictimaiyyətini əlamətdar gün münasibətilə təbrik edib.

Tamaşada teatrla kino sintez edilərək, adət və ənənələrimiz, Bakı kəndlərinin özünəməxsus koloriti əks olunub. Var-dövlətin insanın mənəvi zənginliyinin yanında bir heç olması, dünyanın faniliyi, saf, pak sevgi haqqında olan bu lirik əsər inanıram ki, tamaşaçıların böyük marağına səbəb olacaq", - deyə Əliqismət Lalayev bildirib.

Qeyd edək ki, rolları xalq artistləri Fatma Mahmudova, Ramiz Məmmədov, əməkdar artistlər Novruz Qartal, Səidə Şərifəliyeva, Çingiz Əhmədov, Nahidə Orucova, Emma Məlikova, aktyorlar Əmrah Dadaşov, Mehriban Zalıyeva, Fərid Rzayev və başqaları ifa ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə