Dəniz Akademiyasında Hacı Surxayla görüş keçirilib

Dəniz Akademiyasında Hacı Surxayla görüş keçirilib

Bu gün Azərbaycan Dövlət Dəniz Akademiyasında Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, İçərişəhər Cümə Məscidinin axundu Hacı Surxay Məmmədzadə ilə akademiyanın müəllim və tələbə heyətinin görüşü olub. SİA-nın verdiyi xəbərə görə, görüşdə çıxış edən Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Çingiz Əliyev hər kəsi salamlayaraq Hacı Surxay Məmmədzadənin tədbirdə iştirakından məmnunluq duyduğunu söyləyib.

Daha sonra Hacı Surxay Məmmədzadə "Azərbaycanda multikulturalizm həyat tərzidir" mövzusunda fikirlərini görüş iştirakçıları ilə bölüşüb.

Çıxışdan sonra axund ona ünvanlanan sualları cavablandırıb.

Tədbir diskussiyalarla davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə