Nizami Kino Mərkəzində "Hər şey aşktan" və "Divergent : divarın arxasında" filmlərinin nümayişi başlanıb. Mərkəzin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, azərbaycan dilində subtitrlərlə nümayiş olunacaq "Hər şey aşktan" filmini rejissor Andaç Haznedaroğlu romantik komediya janrında çəkib. Yaş həddi: 12+
Mağazada işləyən Pelin üç il bir yerdə olduğu, həyatının eşqi saydığı İlkerle toy hazırlıqları aparır. Bu işlərin tam içində ikən, evlənəndən sonra yaşayacaqları evdə İlkeri başqası bir yerdə tutur. Aldadılmış olmasını heç cür qəbul etməyən Pelin, acısını ovutmaq üçün bir çox üsullara əl atır. Elə bu məqamlarda qarşısına Burak çıxır.
Rollarda Hande Doğandemir, Şükrü Özyıldız, Mithat Can Özer, Özcan Dəniz çəkiliblər.
Həmçinin, həmin gündən etibarən, ABŞ istehsalı olan "Divergent : divarın arxasında" filminin nümayişi başlanılıb. Rejissor Robert Şventkenin çəkdiyi bu film fantastika, döyüş və məcara janrındadır. Yaş həddi: 12+
İlk dəfə yaşadıqları şəhəri və ailələrini tərk edən Tris və For Çikaqonun o biri üzü sayılan, onları şoka salan həqiqətlə - təhlükə dolu dünya ilə qarşılaşırlar.
Tez bir vaxtda onlar kimə etibar edə biləcəklərini aydınlaşdırmalıdırlar, çünki şəhərin divarları arxasında qızışan döyüş bütün bəşəriyyətə təhlükədir.
Sağ qalmaq üçün Tris şücaət, sədaqət, sevgi ilə asan olmayan qurban vermək qərarı arasında qalır.
Qeyd edək ki, baş rollarda Şeylin Vudli, Ellison Rou, Teo Ceyms, Zoi Kraviç və Maylz Teller çəkiliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB