“Bayram təbrikləri” adlı konsert təqdim olunub

“Bayram təbrikləri” adlı konsert təqdim olunub

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində "Bayram təbrikləri" adlı konsert təqdim olunub. SİA-nın verdiyi xəbərə görə, Bülbül adına orta ixtisas musiqi məktəbinin müəllim və şagirdlərinin ifasında Q.Qarayev, R.Ştolts, S.Lekok, L.Delip, İ.Frolov, C.Puççini və digər tanınmış bəstəkarların əsərləri səsləndirilib.

Qeyd edək k, musiqi məktəbinin müəllimi Ülviyyə Manafovanın təşkil etdiyi konsert proqramında Azərbaycan və dünya klassiklərinin əsərlərindən ibarət rəngarəng musiqilər ifa olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə