Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin orta məktəb şagirdlərinə əlavə oxu vəsaiti kimi nəzərdə tutulmuş "Hər suala bir cavab" çoxcildlik ensiklopedik toplunun birinci cildi nəşr edilib.
Tərcümə Mərkəzindən SİA-ya verilən xəbərə görə, ensiklopedik toplu əsasən, 7-12 yaşlı uşaqlar üçün nəzərdə tutulub. 368 səhifəlik bu kitabda uşaqları düşündürən bir çox məsələlərə dolğun, əhatəli cavablar var.
"Bizi əhatə edən aləm", "İnsan orqanizmi", "Başqa məxluqlar necə yaşayır?" və digər bu kimi bölmələrdən ibarət nəşr özündə 300-dən çox mövzuya dair qısa, ensiklopedik məlumatı cəmləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB