“Dantenin yubileyi” Tehranda işıq üzü görüb

“Dantenin yubileyi” Tehranda işıq üzü görüb

Xalq yazıçısı Anarın "Dantenin yubileyi" povesti "Böyük qurultay" adı ilə Tehranın "Noxbeqan" nəşriyyatında işıq üzü görüb. AYB-dən SİA-ya verilən xəbərə görə, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Güney Azərbaycan şöbəsinin təşəbbüsü ilə nəşr olunan kitabı əski əlifbaya çevirən Solmaz Təbrizli və çapa hazırlayan Səid Muğanlıdır.

Qeyd edək ki, AYB-nin Güney Azərbaycan şöbəsi və "Yaşmaq" ədəbiyyat dərgisinin birgə fəaliyyəti nəticəsində son iki ildə İranda bir çox Azərbaycan yazıçılarının əsərləri, o cümlədən, xalq yazıçısı Anarın "Nəsrin fəzası", Kamal Abdullanın "Sehirbazlar dərəsi", Vaqif Səmədoğlunun "Bu yolların yuxusunu kim görüb", İsa Muğannanın "Doğma və yad adamlar", Afaq Məsudun "Su iti", Şahmar Ələkbərzadənin "Utanım yerinə, ay utanmayan!", Mirəli Seyidovun "Bayram və bayramlıq", İsmayıl Şıxlının "Ölüləri qəbiristanda basdırın", Əlisəmit Kürün "Sonuncu dua" kitabları işıq üzü görüb. Hazırda Fikrət Qocanın "Dayanacaqda görüş" əsərləri çapa hazırlanır.

Bütün xəbərlər Facebook səhifəmizdə