Bu gün Şəfiqə Eyvazovanın doğum günüdür FOTOLAR

Bu gün Şəfiqə Eyvazovanın doğum günüdür FOTOLAR

Bu gün tanınmış kamança ustası, Azərbaycan Respublikasının xalq artisti Şəfiqə Eyvazovanın doğum günüdür. SİA-nın verdiyi xəbərə görə, Eyvazova Şəfiqə Alxas qızı 9 mart 1947-ci ildə Bakıda anadan olub.

1971-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1963-76-cı illərdə Azərbaycan Teleradio Verilişləri Şirkətinin xalq çalğı alətləri orkestri və Ə. Dadaşovun rəhbərlik etdiyi ansamblın (hazırda Ə. Dadaşov adına) solisti olub

Kamança ustası 1965-ci ildən solo konsertlərlə çıxış edir. Repertuarına "Rast", "Cahargah", "Rahab", "Şur", "Şüştər" və s. muğamlar, Azərbaycanın və xarici ölkə bəstəkarlarının əsərləri daxildir. SSRİ xalqlarının folklor musiqisi festivalında (1978, Bişkek; 1979, Moskva), musiqişünasların Beynəlxalq simpoziumunda (1987, Səmərqənd), eləcə də YUNESKO xətti ilə ABŞ-da keçirilən "Şərq xalqlarının musiqi folkloru" festivalında (1988, Alim Qasımov və Ramiz Quliyevlə birgə) iştirak edib.

O, 1974-cü ildən Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) dərs deyir. Şəfiqə Eyvazova bir çox xarici ölkələrdə (ABŞ, İsveçrə, Almaniya, Fransa, Polşa, Belçika, İtaliya, Əfqanıstan və s.) qastrolda olub.

Kubra Bayramova

Bütün xəbərlər Facebook səhifəmizdə