Martın 18-də Nizami Kino Mərkəzində cazsevərlərə daha bir konsert proqramı təqdim olunacaq. Mərkəzdən SİA-ya verilən xəbərə görə, "Milli koloritli caz gecəsi" adlı konsert proqramı leykoz xəstəliyindən əziyyət çəkən və hazırda İstanbul "Acıbadem" xəstəxanasında müalicə olunan İbrahim Fərhadlının müalicəsi üçün könüllülər tərəfindən təşkil edilən növbəti xeyriyyə tədbiridir.
Qeyd edək ki, xeyriyyə konsertini dəstəkləməyi məşhur caz ifaçıları özlərinə borc biliblər. Gecədə Nurlan Növrəsli, Arslan Növrəsli (caz qrupu ilə), Fərid və Aygün Əsgərovlar, Təranə Mahmudova, Salman Qəmbərov, Fərid Mayılov, Anar Keytarman (Yusifov), Mircavad Cəfərov, "Cəngi" caz qrupu və Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri iştirak edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB