“Yaradıcı həyatın anları” kitabı nəşr olunub

“Yaradıcı həyatın anları” kitabı nəşr olunub

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Vasif Adıgözəlovun 80 illik yubileyinin keçirilməsi haqqında" 11 fevral 2015-ci il tarixli sərəncam imzalayıb. SİA-nın nazirliyə istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Yaradıcı həyatın anları" fotoalbomu Azərbaycanın dəyərli bəstəkarı V. Adıgözəlovun 80 illik yubileyinə həsr olunub. Kitab Azərbaycan və rus dillərində çap edilib. Kitabda Vasif Adıgözəlovun həyat və yaradıcılığı haqqında məlumat sözlərlə və Y.Adıgözəlovun şəxsi arxivindən istifadə olunmuş fotolarla əks olunub.

Vasif Adıgözəlov Azərbaycan musiqi sənətində özünəməxsus dəst-xətt və üsluba malik, Azərbaycan bəstəkarlıq məktəbinin ən yaxşı ənənələri üzərində yüksələn, öz yaradıcılığı ilə Şərqin və Qərbin mənəvi dəyərlərinin yüksək bədii sintezinə nail olan sənətkarlarımızdandır.

Qeyd edək ki, "Efendi Publishing House" nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çapı başa çatdırılmış kitab nazirliyin tabeçiliyində olan kütləvi kitabxanalara və digər aidiyyəti qurumlara paylanılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə