“Səhnəyə ilk addım” adlı konserti keçirilib FOTOLAR

“Səhnəyə ilk addım” adlı konserti keçirilib FOTOLAR

Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin konsert zalında Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin Musiqi Məktəblərinin təşkilatçılığı ilə hər il ənənəvi olaraq 8 mart – Beynəlxalq Qadınlar günü ilə bağlı Bakı şəhərinin uşaq musiqi və incəsənət məktəblərində təhsil alan 1-ci sinif şagirdlərinin "Səhnəyə ilk addım" adlı konserti keçirilib. SİA-nın verdiyi xəbərə görə, şagirdlər Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət zəngin konsert proqramı ilə çıxış ediblər.

Tədbirdə iştirak edən Mədəniyyət və Turizm İdarəsinin rəisi Vüqar Zeynalov konsertin sonunda iştirakçıları təbrik edib, onlara uğurlar və daha böyük səhnələri fəth etməyi arzulayıb.

Qeyd edək ki, məktəbin foyesində İncəsənət Məktəbinin 1-ci sinif şagirdlərinin əl işlərindən ibarət sərgi də təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə