Nəzrin Rəşidova Londonda konsert verəcək

Nəzrin Rəşidova Londonda konsert verəcək

Tanınmış skripkaçı Nəzrin Rəşidova aprelin 11-də Londonda Müqəddəs Ceyms kilsəsində (St. James's Church) konsert proqramı ilə çıxış edəcək. SİA-nın N.Rəşidovanın saytına istinadən verdiyi xəbərə görə, o, Daniel Qrimvud (fortepiano), Sarah Oliver (violonçel) ilə birgə eyni səhnəni bölüşəcək. Konsertdə Ferens Listin, Şarl-Kamil Sen-Sansın əsərləri səsləndiriləcək.

Qeyd edək ki, konsert haqqında məlumat Müqəddəs Ceyms kilsəsinin internet səhifəsində də yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə