Azərbaycan Respublikası Prezidentinin 18 may 2009-cu il tarixli 277 nömrəli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramının icrası, Azərbaycan teatrının dünya mədəniyyətinə inteqrasiyası, milli teatr sənətinin inkişafının, teatr sənətinin bütün janrları və peşə istiqamətləri üzrə gənclərin dəstəklənməsi, kadr hazırlığı, əlavə təhsil sisteminin təkmilləşdirilməsi və istedadlı gənclərin xarici dövlətlərdə məqsədli təhsilinə şərait yaradılması üçün Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yeni layihənin icrasına başlanılacaq. SİA-nın nazirliyə istinadən verdiyi xəbərə görə, Rusiyanın dünyaca məşhur Yevgeni Vaxtanqov adına Dövlət Akademik Teatrı nəzdində Boris Şukin adına Teatr İnstitutunda Azərbaycan Respublikası üçün məxsusi hədəf kurslarına tələbə qəbulu keçiriləcək. Bu barədə tərəflər arasında müqavilə artıq imzalanıb.
Kursun rəhbəri Rusiyanın əməkdar incəsənət xadimi, psixologiya elmləri namizədi, professor Mixayıl Borisoviç Borisovdur.
Qəbul əsasən, iki ixtisas istiqaməti üzrə müəyyənləşdirilmişdir:
Dram teatrı və kino artisti – qəbul sayı 15 nəfər (təhsil müddəti - 4 il);
Teatr rejissorluğu – qəbul sayı 5 nəfər (təhsil müddəti – 5 il).
İnstituta qəbul 2016-cı ilin iyul ayında Moskvadan dəvət olunmuş peşəkar şəxslərdən ibarət xüsusi imtahan komissiyası tərəfindən həyata keçiriləcək.
Qəbul olunan şəxslərin illik təhsil haqqı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ödəniləcək.
Qeyd edək ki, qəbulla bağlı ətraflı məlumat üçün Azərbaycan Teatr Xadimləri İttifaqına müraciət etmək olar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB