“Azərbaycan xalçalarının açılmamış sirləri” FOTOLAR

“Azərbaycan xalçalarının açılmamış sirləri” FOTOLAR

Azərbaycan Xalça Muzeyində tədqiqatçı alim Şakir Qabıssanlının (Həmzəyev) "Azərbaycan xalçalarının açılmamış sirləri" kitabının təqdimatı keçirilib. Muzeydən SİA_ya verilən məlumata görə, müəllif kitabda yeddi min söz və işarənin, 157 xalq mahnısının, muğamların hər birinin və "Kitabi-Dədə Qorqud" dastanındakı antroponimlərin, toponimlərin, xalçalarımızdakı naxış və ornamentlərin yeni prizmadan özünəməxsus izahını və şərhini verir. Müəllif, həmçinin, Orxon-Yenisey abidələrindən, "Avesta"dan, Qobustandakı qayaüstü yazılardan və "Qurani-Kərim"in ayələrindən bəhrələnib.

Qeyd edək ki, tədbirdə Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Vəli Əliyev, sənətşünaslıq doktoru Röya Tağıyeva, professor Ramil Əliyev və başqaları kitab haqqında fikirlərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə