ADU-da Qəşəm Nəcəfzadə ilə görüş olub

ADU-da Qəşəm Nəcəfzadə ilə görüş olub

Azərbaycan Dillər Universitetində tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin uşaq ədəbiyyatı şöbəsinin rəhbəri, "Azərbaycan" jurnalının poeziya söbəsinin müdiri Qəşəm Nəcəfzadə ilə görüş olub. SİA-nın verdiyi xəbərə görə, görüşdə bildirilib ki, 25 kitabın müəllifi olan şairin şeirləri ingilis, özbək, fransız, alman, gürcü, rus, ispan, fars dillərinə tərcümə edilib, yeddi kitabı xaricdə işıq üzü görüb.

Şair həmçinin, digər janrlarda da əsərlər yazıb.

Q.Nəcəfzadə 2007-ci ildə keçirilən 38-ci Beynəlxalq Poeziya Festivalının iştirakçısı olub. Onun şeirləri Beynəlxalq Rəsul Rza mükafatına layiq görülüb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Aran, şair Murad Qoçuoğlu və başqaları Q.Nəcəfzadənin yaradıcılığı ilə bağlı fikirlərini paylaşıblar.

Qeyd edək ki, çıxışlardan sonra şair müxtəlif mövzularda yazdığı şeirlərini oxuyub, tələbələrin suallarını cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə