Azərbaycan İstiqlal Muzeyi "Torpaq uğrunda ölən varsa Vətəndir" layihəsi çərçivəsində Yasamal rayonu Şəfiqə Əfəndizadə adına 13 saylı tam orta məktəbdə Milli Qəhrəmanlar və onların ailə üzvlərinin iştirakı ilə növbəti tədbir keçirib. Muzeydən SİA-ya verilən xəbərə görə, tədbirdə Milli Qəhrəman Əfqan Hüseynovun həyat yoldaşı Leyla Hüseynova, müəlliməsi Lətifə xanım və Milli Qəhrəman Novruzov Ələsgərin həyat yoldaşı Şəkibə Novruzova çıxış ediblər.
Daha sonra Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən lentə alınmış Milli Qəhrəmanlar Nəsirov Yalçın və Ramazanov Şamilə həsr olunmuş sənədli filmlər nümayiş olunub.
Qeyd edək ki, tədbirdə məktəbin şagird və müəllim heyəti iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB