4 mart saat 18:00-da Muzey Mərkəzinin Sərgi qalereyasında "8 mart Beynəlxalq Qadınlar Günü"nə həsr olunmuş "Gözəllik nuru-2016" sərgi və konsert keçiriləcək. SİA-nın nazirliyə istinadən verdiyi xəbərə görə, sərgi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Muzey Mərkəzi, Milli Musiqi Komitəsi və "Kukla" Art Qalereyası tərəfindən təşkil olunub. "Gözəllik nuru" incəsənət layihəsi qadınların incəsənət və həyatdakı rolu ideyasına həsr olunub.
Qeyd edək ki, təqdimatda eyni zamanda konsert də baş tutacaq. Konsertdə klassik musiqi nümunələri səslənəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB