“Health Travel Business Club” forumu keçiriləcək

“Health Travel Business Club” forumu keçiriləcək

Martın 4-də "Excelsior Hotel Baku" hotelində Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək İctimai Birliyinin dəstəyi, tibb və sağlamlıq turizmi üzrə beynəlxalq layihələr həyata keçirən "First fairs&events" şirkətinin təşkilatçılığı ilə "Health Travel Business Club" forumu keçiriləcək. SİA-nın nazirliyə istinadən verdiyi xəbərə görə, tədbirin açılış mərasimi saat 10:00-da keçiriləcək və 18-00-dək təqdimatlar davam edəcək.

2016-cı ildə bir neçə ölkədə keçirilməsi nəzərdə tutulan forum ilk dəfədir ki, Bakıda təşkil olunacaq.

Tədbirin keçirilməsində əsas məqsəd tibb və sağlamlıq turizmi sahəsində beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsidir.

Forum çərçivəsində tibb və sağlamlıq turizminin mütəxəssisləri tərəfindən bu sahə üzrə müzakirələr aparılacaq.

Qeyd edək ki, tədbirdə sanatoriyalar, sağlamlıq mərkəzləri və digər beynəlxalq müalicə-sağlamlıq təşkilatları arasında ikitərəfli görüşlər keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə