Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbinin təşkilatçılığı ilə 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə "Səhnəyə ilk addım" adlı Bakı şəhərinin uşaq musiqi və incəsənət məktəblərində təhsil alan 1-ci sinif şagirdlərinin konserti keçiriləcək. SİA-nın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, konsert 4 mart, saat 15.00-da Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin konsert zalında baş tutacaq.
Qeyd edək ki, konsert çərçivəsində İncəsənət Məktəbinin 1-ci sinif şagirdlərinin əl işlərindən ibarət sərgi də təşkil olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB