“Filmin bədii həlli haqqında düşüncələr” adlı kitabı nəşr olunub
Zaur Mükərrəmin "Filmin bədii həlli haqqında düşüncələr" adlı kitabı nəşr olunub. SİA-nın nazirliyə istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə işıq üzü görmüş kitabın baş redaktoru Samirə Bektaşidir.
Kitabın əsas ideyası kino sənətini yaşatmaq, bu sahədə peşəkarlığı, sənətə maraq və sevgini artırmaqdır. 15 bədii filmin quruluşçu operatoru, 60-a yaxın sənədli filmin rejissoru, operatoru, ssenari müəllifi olan Zaur Mükərrəmin qələmə aldığı bu kitabda kinooperatorluq peşəsinin texnikasını və sirlərini əks etdirən yığcam mətnlər yer alıb.
Qeyd edək ki, "Şərq-Qərb" nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çapı başa çatdırılmış kitab nazirliyin tabeçiliyində olan kütləvi kitabxanalara və digər aidiyyəti qurumlara paylanılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB