“Qadın, zəriflik, musiqi” mövzusuna həsr edilmiş tədbir keçirilib

“Qadın, zəriflik, musiqi” mövzusuna həsr edilmiş tədbir keçirilib

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində "Qadın, zəriflik, musiqi" mövzusuna həsr edilmiş tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təşkil olunan tədbirdə bəstəkar, əməkdar incəsənət xadimi Ruhəngiz Qasımova ilə görüş baş tutub. Muzeyin direktoru Alla Bayramova R.Qasımovanın yaradıcılığından, Azərbaycan musiqisi mədəniyyətinə, incəsənətinə verdiyi töhfələrdən söz açıb.

Bəstəkar həyatının unudulmaz anları haqqında məlumat verib, qarşılaşdığı maraqlı hadisələrdən söhbət açıb, onu sevən sənət dostları və KİV nümayəndələrinin suallarını cabablandırıb.

Qeyd edək ki, gecədə bəstəkar, dramaturq, lirik əsərlər müəllifinin həyat və yaradıcılıq yolunu əks etdirən video çarx, müəllifi olduğu teletamaşalardan videofraqmentlər nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə