“Emosiyalar” adlı fotomüsabiqə elan olunub FOTOLAR

“Emosiyalar” adlı fotomüsabiqə elan olunub FOTOLAR

Azərbaycan Fotoqrafları Birliyi (AFB) "Emosiyalar" adlı aylıq fotomüsabiqə elan edir. AFB-dən SİA-ya verilən məlumata görə, mart ayı üçün nəzərdə tutulan fotomüsabiqənin mövzusunun müəllifi Rauf Umud, müsabiqənin koordinatoru Arzu Mürvətovadır. Müsabiqənin mövzusu insanların duyğu və hisslərinə həsr olunub. Fotoqrafiyanın dili ilə insanların məhəbbət, sevinc, xoşbəxtlik, təəccüb, iztirab, qorxu, qətiyyət, qəzəb kimi hisslərinin bədii formada təqdim olunması model və məkan vəhdətinə diqqət yetirməklə bədii təsirə malik olmalıdır.

Müsabiqəyə təqdim ediləcək fotolar [email protected] ünvanına göndərilməlidir. Fotolar JPEG formatda, uzun tərəfi 1500 piksel olmalıdır. İştirak etmək istəyənlər 5 foto təqdim edə bilər.

Müsabiqəyə üzərində heç bir fotoredaktə proqramlarında əlavələr olunmamaq şərti ilə (real rəng, kontrast və s. kimi alətlərdən istifadə olunması mütləqdir) mart ayında çəkilmiş işlər qəbul olunur. Hər bir müəllif fotonun adında özü haqda məlumatı (ad, soyad, fotonun adı) qeyd etməlidir.

Qeyd edək ki, fotolar martın 26-dək qəbul olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə