Turizm nümayəndəliyinin təşkil etdiyi info-tur başa çatıb FOTOLAR
Moskva şəhərində fəaliyyət göstərən Azərbaycanın Rusiyadakı turizm nümayəndəliyi olan "Tour A Vent" şirkəti tərəfindən Azərbaycanda təşkil olunan info-tur başa çatıb. SİA-nın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, info-tur çərçivəsində nümayəndə heyəti Bakı şəhəri ilə yanaşı, Şahdağ Turizm Mərkəzinə də səfər edib.
Şahdağda Rusiyanın aparıcı turizm şirkətlərinin rəhbərləri hotellərdə yaradılan şərait, infrastruktur və xidmətlər ilə tanış olub, qondola və kanat yollarından istifadə edərək Şahdağ yüksəkliklərindən ətraf mənzərəni seyr edib, xizək sürüblər.
Qeyd edək ki, Moskva şəhərində Azərbaycanın Rusiyadakı turizm nümayəndəliyinin açılışı 24 fevralda keçirilib. Bunun nəticəsində 2017-ci ilin fevral ayınadək olan müddət ərzində "Tour A Vent" şirkəti tərəfindən təbliğat-təşviqat işləri həyata keçiriləcək. Nümayəndəlik tərəfindən belə info-tur və press-turların il ərzində bir neçə dəfə həyata keçirilməsi planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB