Məlumat verdiyimiz kimi, Azərbaycanın turizm imkanlarının Türkiyədə tanıdılması məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin İstanbulda turizm nümayəndəliyinin açılışı keçirilib. SİA-nın nazirliyə istinadən verdiyi xəbərə görə, Azərbaycanın kütləvi informasiya vasitələri ilə yanaşı, Türkiyə mətbuatında da tədbir böyük maraqla qarşılanıb. Yayımlanan xəbərlərdə "Sən də Azərbaycanı Gör" şüarı ilə keçirilən tədbirin iki ölkənin bu əməkdaşlıqda daha da sıx bir-birinə bağlanacağı qeyd edilib.
"Azerbaycan turizmde de iddialı", "Azerbaycan türk turistlerin en çok ziyaret edeceği destinasyonlardan biri olacak", "Azerbaycan İstanbul’da Turizm Temsilciliği Ofisi Açtı" və s. bu kimi başlıqlı xəbərlər nüfuzlu "Cihan", "Milliyet", "Hürriyet", "Zaman", "İhlas Haber Ajansı" və digər 70-dən çox xəbər portallarında yayılıb.
Qeyd edək ki, tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti, İstanbul şəhərinin rəhbərliyi, diplomatlar, bir sıra yerli turizm assosiasiyalarının rəhbərləri, həmçinin, Azərbaycan və Türkiyə turizm şirkətlərinin, mehmanxanalarının nümayəndələri, KİV təmsilçiləri iştirak ediblər.
Xəbərlərdən bir neçəsinə aşağıdakı linklər vasitəsilə baxa bilərsiniz:
http://www.milliyet.com.tr/azerbaycan-turkiye-de-turizm-temsilciligi-istanbul-yerelhaber-1239770/
http://www.zaman.com.tr/dunya_azerbaycan-turkiyede-turizm-temsilciligi-acti_2353193.html
http://www.haber24.com/azerbaycan-turkiye-de-turizm-temsilciligi-acti-haberi-869514
http://www.iha.com.tr/video-azerbaycan-turizmde-de-iddiali-81595/
https://www.cihan.com.tr/tr/azerbaycan-turkiye-turizm-temsilcilik-2023824.htm
http://www.hurriyet.com.tr/azerbaycan-turkiyede-turizm-temsilciligi-acti-40062232
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB