“Şeirlər və Məqalələr” kitabı çap olunub

“Şeirlər və Məqalələr” kitabı çap olunub

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə şair Əhməd Cəmilin "Şeirlər və Məqalələr" kitabı çap olunub. SİA-nın nazirliyə istinadən verdiyi xəbərə görə, kitabın redaktoru Paşa Əlioğlu, tərtibçiləri isə Sevil Cəmilzadə və Eldar Cəmilzadədir.

Bu kitabda şairin müxtəlif vaxtlarda yazdığı şeirləri və məqalələri yer alır. Burada həmçinin, şairin həyat və yaradıcılığının səciyyəvi xüsusiyyətləri, müraciət etdiyi mövzular haqqında qısaca məlumat verilir. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Qeyd edək ki, "Şərq-Qərb" nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çapı başa çatdırılan kitab nazirliyin tabeçiliyində olan kütləvi kitabxanalara və digər aidiyyəti qurumlara paylanılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə