Martın 4-də saat 18.00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "8 mart-Beynəlxalq qadınlar günü" münasibətilə şou-proqram təqdim olunacaq. Teatrın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, hər il teatrın gənc və istedadlı aktyoru, Həmkarlar komitəsinin sədri İlham Əsədovun teatrın bütün xanım əməkdaşlarının şərəfinə verdiyi konsert proqramı artıq ənənə halını alıb.
Bayram ərəfəsində baş tutan konsertin əsas məqsədi xanımların zövqlərini oxşayacaq musiqi nömrələri təqdim etmək, onlara yaddaqalan bayram yaşatmaqla məişət problemlərindən uzaqlaşdırmaqdır.
Qeyd edək ki, bayramın səbəbkarlarına İlham Əsədovun ifasında Azərbaycan xalq və müasir musiqiləri, teatrın kişi aktyorları tərəfindən hazırlanmış maraqlı səhnəciklər təqdim ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB