Azərbaycanda ilk dəfə keçiriləcək Buktreyler Festivalının rəsmi internet saytı www.booktrailer.az fəaliyyətə başlayıb. Bu barədə SİA-ya festivalın təsisçisi və direktoru, kinoaktyor Ruslan Sabirli məlumat verib: "Buktreyler Festivalı getdikcə populyarlaşır və mən çox sevinirəm ki, cəmiyyətimizdə belə pozitiv qarşılanır. Çünki, Azərbaycan Gəncliyinin həyatında mühüm rol oynayacaq bu Festival ilk dəfə olaraq, keçiriləcək və insanlar arasında kitaba, mütaliəyə böyük maraq yaradacaq. Bu gün biz festivalın rəsmi internet səhifəsini istifadəyə verdik. Artıq festivala qatılmaq istəyən hər bir kəs saytımızdan iştirak şərtləri, buktreylerlərə qoyulmuş tələblər, iştirakçı ərizəsi və s. kimi istədiyi məlumatı ala bilər.
Qeyd edək ki, hal-hazırda Festivalda iştirak etmək üçün buktreylerlərin qəbulu 15 marta kimi davam edir.
İştirak şərtləri ilə Festivalın www.booktrailer.az saytında, həmçinin, www.facebook.com/BooktrailerFest səhifəsindən yaxından tanış olmaq və daha ətraflı məlumat almaq olar.
Yaranmış bütün suallarla bağlı bizə bu email vasitəsilə müraciət etmək mümkündür: [email protected]
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB