Bakıda Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində "Pablo Kazals-140" adlı tədbir baş tutub. SİA-nın verdiyi xəbərə görə, violonçelçalan Pablo Kazalsın anadan olmasının 140 illiyinə həsr edilmiş tədbirin açılışını edən muzeyin direktoru Şeyla Heydərova musiqiçinin həyat və yaradıcılığı, dünya mədəniyyətinə verdiyi töhfələri barədə məlumat verib.
Sonra Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunları və tələbələri, habelə Bakı musiqi məktəblərinin şagirdləri və müəllimləri Edvard Qriq, Robert Şuman və Dmitri Şostakoviçin əsərlərindən ibarət konsert proqramı ilə çıxış ediblər.
İspaniyalı məşhur mədəniyyət və incəsənət xadimləri, ölkəmizdə akkreditə edilmiş diplomatik korpusun əməkdaşları və KİV nümayəndələri iştirak edib.
Qeyd edək ki, sonda qonaqlar muzeyin foyesində təşkil edilmiş P.Kazalsın həyat və fəaliyyətindən bəhs edən fotoşəkillərdən və məqalələrdən ibarət ekspozisiya ilə tanış olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB