“Boy çiçəyi” tamaşası nümayiş olunub

“Boy çiçəyi” tamaşası nümayiş olunub

Akademik Milli Dram Teatrında "Boy çiçəyi" tamaşası nümayiş olunub. SİA-nın nazirliyə istinadən verdiyi xəbərə görə, xalq yazıçısı İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən və yaxud Boy çiçəyi" pyesi əsasında hazırlanan tamaşanın rejissoru Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, xalq artisti Azər Paşa Nemətdir.

Tamaşada əsas rolları xalq artisti Fuad Poladov, əməkdar artist Məsmə Aslanqızı, Hicran Nəsirova, Almaz Amanova, Əjdər Həmidov, Sabir Məmmədov və başqaları ifa edir.

Ata qayğısından məhrum olan Nargilənin zavod direktoru Həsənzadəyə olan "qarşılıqsız" məhəbbətindən bəhs olunan tamaşada cərəyan edən hadisələr bu günümüzlə səsləşir.

Qeyd edək ki, səhnə əsərinin ilk nümayişi 2011-ci il noyabrın 2-də olub.

Bütün xəbərlər Facebook səhifəmizdə