AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Ədəbi mərasimlər, ictimaiyyətlə iş və nəşrlər şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Gülzar Məmmədova "Avropa Nəşr Mətbu Evi" mükafat komissiyasının qərarı ilə "Ən yaxşı vətənpərvər tədqiqatçı alim" Qızıl medalı ilə təltif olunub. SİA xəbər verir ki, fevralın 29-da Milli Azərbaycan Ədəbiyyatı Muzeyində "Avropa Nəşr Mətbu Evi"nin direktoru və mükafat komissiyasının sədri Şöhrət Səlimbəyli alimə Qızıl medal və diplomu təqdim edib.
G.Məmmədova bu mükafata milli-mənəvi dəyərlərimizin qorunmasındakı səmərəli fəaliyyətinə, muzeyşünaslıq tematikasına uyğun materialların seçilməsinə, muzey fondunun yaradılmasında, görkəmli qələm sahiblərinin şəxsi arxivlərinin, Azərbaycan ədəbiyyatının müxtəlif problemlərinin araşdırılmasında olan uğurlu tədqiqatlarına, çoxsaylı elmi-publisistik kitablarına, gənclərə vətənpərvərlik hisslərinin aşılanmasında, ölkədə filologiya elminin inkişafı tarixində göstərdiyi xidmətlərinə görə layiq görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB