Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında görkəmli rus və sovet bəstəkarı Georgiy Sviridovun 100 illik yubileyinə həsr olunmuş konsert baş tutacaq.
Akademiyanın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, martın 3-də keçiriləcək konsertdə əməkdar artistlər Səbilə Əsədova (messo-soprano), Anton Ferştand (bariton), Adil Axundov (tenor) Yuliya Heydərova (soprano), Ülviyyə Novruzova (soprano) və layihənin musiqi üzrə rəhbəri, BMA-nın baş müəllimi Yuliya Kərimova (fortepiano) iştirak edəcək.
Qeyd edək ki, tədbirdə Georgiy Sviridovun kamera və vokal əsərləri səsləndiriləcək.
.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB