“Bir az gecikəndə” kitabının təqdimatı keçirilib FOTOLAR

“Bir az gecikəndə” kitabının təqdimatı keçirilib FOTOLAR

"Cahan İdman klubu" İctimai Birliyinin təşkilatçılığı, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin və "Olimpiya dünyası" qəzetinin informasiya dəstəyi ilə həmin qazetin baş redaktoru, Milli Olimpiya Komitəsinin aparıcı məsləhətçisi, əməkdar jurnalist, tanınmış şair Murad Qoçuoğlunun (Fərzəliyev) doğum gününə həsr olunmuş yaradıcılıq gecəsi və "Bir az gecikəndə" adlı kitabının təqdimatı keçirilib.

Murad Qoçuoğlu 1963-cü ildə anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini və Azərbaycan Dövlət Bədən tərbiyəsi və İdman Akademiyasını bitirib. Əməkdar Jurnalist fəxri adına layiq görülüb. Şeirləri müxtəlif qəzet və jurnallarda dərc olunub və orta məktəb dərsliyinə salınıb.

Gecədə "Cahan İdman klubu" İctimai Birliyinin sədri, idman ustası Elçin Eyvazov, sədr müavini Nizami Zeynalov, aparat rəhbəri Eldar Hüseynov, mədəniyyət və incəsənət şöbəsinin müdiri Nizami Əsgərov, Güləş Federasiyasının vitse-prezidenti, "Şöhrət" ordenli Cavanşir Qurbanov, Mədəniyyət və İncəsənət Universitetinin sabiq prorektoru professor Rafiq Sadıxov, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazilriyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin Təbliğat və statistik araşdarmalar şöbəsinin müdiri, C.Cabbarlı mükafatı laureatı Sənan Talıbov, baş metodist İrina Özçoban, "Olimpiya dünyası" qəzetinin baş redaktor müavini Aslan Şirəliyev, şairlər Müşfiq Cabiroglu, Azərbaycan Yazıçılar Birliyinin şöbə müdiri Qəşəm Nəcəfzadə, filologiya üzrə fəlsəfə doktoru ədəbiyyatşünas Şəlalə Ana, Yazıçılar Birliyinin üzvü Nuranə Nur, digər musiqi, incəsənət, idman xadimləri və KİV nümayəndələri çıxış ediblər.

Onlar öz çıxışlarında M.Qoçuoğlunu təbrik edib idman, jurnalistika və yaradıcılıq sahələrdə müvəffəqiyyətlərini yüksək qiymətləndirib, onun poetik əsərlərini ifa ediblər.

Gecənin sonunda M.Qoçuoğlu öz şeirlərdən bir neçesini səsləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə