Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) təşkilatçılığı ilə mətbuat konfransı keçirilib. SİA-nın verdiyi xəbərə görə, AMKA-nın prezidenti, UNESCO-nun Ənənəvi Qida Komitəsinin sədri Tahir Əmiraslanov Beynəlxalq İstanbul mətbəx günlərində Azərbaycanın iştirakı ilə bağlı məlumat verib. O, ölkəmizi iki komandanın təmsil etdiyini və 1 qızıl, 4 gümüş, 13 bürünc medal qazandıqlarını bildirib.
Tahir Əmiraslanov qeyd edib ki, 19-cu dəfə təşkil olunan mətbəx günlərində həmçinin, Türkiyə, Koreya Respublikası, Serbiya, Bolqarıstan, Makedoniya, Pakistan, İran, İsrail, Xorvatiya, Gürcüstan və digər ölkələrin nümayəndələri də iştirak edərək beş gün ərzində milli mətbəx nümunələrini təqdim ediblər.
Qeyd edək ki, beynəlxalq tədbirə 14 ölkədən gəlmiş 1600 iştirakçı qatılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB