“Heyvanlara sevgi və şəfqət” sərgisinin qalibləri elan olunub FOTOLAR

“Heyvanlara sevgi və şəfqət” sərgisinin qalibləri elan olunub FOTOLAR

Azərbaycan Fotoqraflar Birliyinin (AFB) ənənəvi "Açıq qapı" günü toplantısında fevral ayı üçün elan olunmuş "Heyvanlara sevgi və şəfqət" mövzusunda fotomüsabiqə qalibləri elan olunub.

AFB-dən SİA-ya verilən xəbərə görə, bu dəfə seçimlər açıq səsvermə ilə aparılıb. "Heyvanlara sevgi və şəfqət" aylıq fotomüsabiqəsinin qalibləri Nadejda Cavadova, Toğrul Həsənbəyli və Pərvanə Mustafayeva diplomla təltif edilib.

Aylıq müsabiqənin mövzusunun müəllifi Rauf Umud, koordinatoru isə Günel Məmmədova olub.

Qeyd edək ki, müsabiqəyə ümumilikdə 25 nəfər həvəskar və peşəkar fotoqraf 67 foto ilə qatılıb. Onlardan 11 nəfərin 30 fotosu müsabiqənin şərtlərinə zidd olduğu üçün qəbul olunmayıb. Müsabiqəyə cəmi 14 fotoqrafın 37 fotosu qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə