Şəki şəhərində "Türk xalqlarının müasir ədəbiyyatı" mövzusunda kitab sərgisi və Şəkinin mədəni irsinə həsr edilmiş "Məftun edən şəhər" adlı kitabın təqdimatı keçiriləcək. SİA-nın nazirliyə istinadən verdiyi xəbərə görə, Şəki şəhərinin 2016-cı il üçün Türk dünyasının mədəniyyət paytaxtı seçilməsi ilə əlaqədar, Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və TÜRKSOY-un birgə tədbirlər planına əsasən, Şəki şəhərində "Türk xalqlarının müasir ədəbiyyatı" mövzusunda kitab sərgisi və Şəkinin mədəni irsinə həsr edilmiş "Məftun edən şəhər" adlı kitabın təqdimatı keçiriləcək.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkil etdiyi sərgi Şəki Dövlət Dram Teatrında baş tutacaq.
Qeyd edək ki, Şəki şəhəri 2016-cı il üçün Türk dünyasının mədəniyyət paytaxtı seçilib. Mədəniyyət paytaxtı çərçivəsində il ərzində Şəkidə müxtəlif beynəlxalq festivalların, sərgilərin, tamaşaların, konsert proqramlarının, təntənəli açılış və bağlanış mərasimlərinin keçirilməsi, çoxsaylı xarici qonaqların qəbul edilməsi planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB