“Köhnə ev” pyesi nümayiş olunacaq

“Köhnə ev” pyesi nümayiş olunacaq

Lənkəran Dövlət Dram Teatrında yazıçı–dramaturq Əli Əmirlinin "Köhnə ev" pyesinin məşqlərinə başlanılıb. SİA-nın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, müasir həyatımızın reallıqlarından bəhs edən səhnə əsərinin quruluşçu rejissoru əməkdar artist Adil Zeynalov, quruluşçu rəssamı Məzaim Qurbanov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.

Tamaşada respublikanın xalq artisti Qabil Quliyev, əməkdar artist Zemfira Nəcəfova, artistlərdən Şahrud Mehdiyeva, Səyad Əliyev, Şəbnəm Hüseynova, Emil Rzayev və digərləri rol alıblar.

Teatrın baş rejissoru Tural Mustafayevin sözlərinə görə, cari ildə Lənkəran səhnəsində M.F.Axunzadənin "Hacı Qara" , L. Lunarinin "3 nəfər yelləncəkdə" və daha bir neçə uşaq əsəri də tamaşaya qoyulacaq.

Qeyd edək ki, tamaşanın premyerasının martın sonlarında olacağı nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə