"Artwin Gallery Kiçik QalArt" sərgi salonunda rusiyalı rəssam Polina Kanisin fərdi sərgisi açılacaq. Qalereyadan SİA-ya verilən xəbərə görə, martın 1-də başlayacaq sərgi mayın 10-dək davam edəcək. Sərgidə nümayiş olunan əsərlərdə müəllif istənilən cəmiyyətin təməlində gizlənilən "fərqli" ünsürlə travmatik toqquşma xofunu aşkar edir. Polina Kanisin anti-utopik və realistik sayılan əsərlərində hissiyyatsız səhra mənzərəsi təsvir olunub. Bu mənzərənin fonunda emosiyalardan məhrum edilmiş, habelə istər özlərinə bənzər subyektlərdən, istərsə də öz özlərində təcrid olunmuş subyektlər, təşkil olunma səbəbləri və məqsədləri bəlli olmayan şərti və universal hadisələrdə iştirak edirlər. "Hovuz" adlı videoçarxda tərki-dünya insan dəstəsinin təhlükəsiz saydığı məkanın əslində sığınacaq yox, məhz gözləmə məntəqəsi olmasını görmək olar.
Qeyd edək ki, Polina Kanis 1985-ci ildə Leninqrad şəhərində dünyaya göz açıb. O, Hersen adına Pedaqoji Universiteti və Rodçenko adına Moskva Fotoşəkil və Multimedia Məktəbini bitirib. 2010-cü ildə xanım Kanisin adı Kandinski mükafatının "Gənc Rəssam" nominasiyası üzrə əsas siyahıya daxil edilib. 2011-ci və 2015-ci illərdə o, "İnnovasiya" dövlət mükafatının namizədi olub. Bu vaxta qədər bir sıra fərdi sərgiləri keçirilən Polina Kanisin ərsəyə gətirdiyi işləri bir çox muzey və təşkilatlarda saxlanılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB