Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi paytaxtımızın mədəni müxtəliflik və tolerantlıq məkanı olmasını əks etdirən fotosərgi təşkil etməyi planlaşdırır. Nazirlikdən SİA-ya verilən xəbərə görə, sərgidə Bakıda yaşayan və şəhərin qonaqları olan müxtəlif millətlərin nümayəndələrinin fotoportretləri və onlar haqqında qısa məlumatın təqdim olunması nəzərdə tutulur. Məlumatda fotoportret qəhrəmanlarının Bakıya gəlmə tarixçələri, hazırda nə işlə məşğul olduqları və bu şəhər haqqında təəssüratları əks olunmalıdır.
Bununla əlaqədar açıq müsabiqə elan olunur. Müsabiqədə ustad peşəkarlarla yanaşı, gənc və həvəskar fotoqraflar iştirak edə bilər. İştirakçılar fotolar ilə yanaşı, əlaqə vasitələri və özləri haqqında qısa məlumatı [email protected] ünvanına göndərməlidir.
Sərgi üçün seçilmiş əsərlər böyük formatda çap olunaraq Bakının möhtəşəm ictimai məkanlarından birində 3000 əcnəbi qonaq qarşısında nümayiş olunacaq. Sərgilənən hər bir fotoşəklin müəllifinə pul mükafatı veriləcək.
Yekunda Forumun qonaqları arasında aparılan səsvermə nəticəsində müsabiqənin üç qalibi müəyyən olunaraq mükafat və qiymətli hədiyyə ilə təltif ediləcək.
Qeyd edək ki, müsabiqəyə ərizələr aprelin 1-dək qəbul olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB