“Sarı Gəlin” haqqında əsər 2 dildə nəşr olunub

“Sarı Gəlin” haqqında əsər 2 dildə nəşr olunub

Azərbaycanın müxtəlif şəhər və rayonlarında Beynəlxalq Muğam Festivalı, Beynəlxalq Musiqi Festivalları keçirilir. SİA-nın nazirliyə istinadən verdiyi xəbərə görə, bu mədəni siyasətin davamı olaraq, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Sarı Gəlin-XX əsr Azərbaycan Ədəbiyyatından seçmələr- Musiqili hekayətlər" əsəri 2 dildə nəşr olunub.

Kitabın tərtibçi redaktoru və ideya müəllifi Səlim Babullaoğlu, musiqi alətləri haqqında məqalələrin müəllifi isə Ziyadxan Əliyevdir. Tərcümələr Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində hazırlanıb.

Bu kitab Azərbaycanın milli musiqi mədəniyyətinə, klassik və çağdaş Azərbaycan ədəbiyyatına hörmətin bir əlaməti kimi ərsəyə gəlib. "Musiqili hekayətlər" kitabının konsepsiyasında Azərbaycanın XX əsr klassiklərinin və müasirlərinin əsərləri ilə yanaşı, ölkəmizin qədim köklərə malik olan musiqi alətləri-tar, kamança, saz, balaban, ud və tütək haqqında əməkdar incəsənət xadimi Ziyadxan Əliyevin müfəssəl məqalələri daxil edilib. Kitabda insan həyatının musiqidə necə əks olunduğu göstərilib.

Qeyd edək ki, "Şərq-Qərb" nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çapı başa çatdırılmış kitab Nazirliyin tabeçiliyində olan kütləvi kitabxanalara və digər aidiyyəti qurumlara paylanılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə