“Qaratoxmaq qadın” tamaşası nümayiş olunacaq

“Qaratoxmaq qadın” tamaşası nümayiş olunacaq

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində görkəmli rus şairi Aleksandr Puşkinin eyniadlı povesti əsasında quruluş verilən "Qaratoxmaq qadın" tamaşası nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, martın 12-də baş tutacaq tamaşada musiqi rəhbəri və dirijoru Azərbaycanın xalq artisti, professor Yalçın Adıgözəlov, xormeysteri əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

German partiyasını ifa etmək üçün Ukraynanın xalq artisti, Ukrayna Milli Operasının solisti Andrey Romanenko dəvət olunub. Tamaşada, həmçinin, teatrın solistləri, əməkdar artistlər Fəridə Məmmədova, Səbinə Vahabzadə, Cahangir Qurbanov, Anton Ferştandt, Səbinə Əsədova və gənc solistlər Tural Ağasıyev, İlham Nəzərov, Tələt Hüseynov çıxış edəcəklər.

Qeyd edək ki, "Qaratoxmaq qadın" operası ilk dəfə 1890-cı il dekabrın 7-də Peterburqda Mariinski Teatrında tamaşaya qoyulub.

Bütün xəbərlər Facebook səhifəmizdə