Aktyor "ən yaxşı aktyor" nominasiyasında qalib gəlib
Leonardo Di Kaprio "Oskar" aldı

Hollivud aktyoru Leonardo Di Kaprio nüfuzlu Oskar kinomükafatına sahib olub. Los-Ancelesdə keçirilən 88-ci Oskar mükafatlandırma mərasimində aktyor rejissor Alexandro Qonsaless İnyarittonun "Sağ qalmış" filmində canlandırdığı rola görə "ən yaxşı aktyor" nominasiyasında qalib gəlib. Yeriq gəlmişkən rejissor özü də bu il yenidən Oskar alıb.

Mərasimdə ən yaxşı ikinci dərəcəli aktrisa isveçli Alisiya Vikander seçilib. O, britaniyalı rejissor Tom Huperin "Danimarkalı qız" filmində ifa etdiyi roluna görə Oskar mükafatına layiq görülüb.

Ən yaxşı ssenari amerikalı rejissor Adam Makkeyin "Azaltma oyunu" filminin ssenarisi seçilib. Ssenari amerikalı yazıçı Çarli Rendolfundur.

Ən yaxşı ikinci dərəcəli aktyor "Casus körpüsü" filmində roluna görə britaniyalı aktyor Mark Raylens seçilib.

Ən yaxşı animasiya nominasiya üzrə "Tapmaca" filmi mükafat əldə edib.

Ən yaxşı kinematoqrafiya işi üzrə isə, "Sağ qalmış" filmi Oskara layiq görülüb.

Bitaniyalı rejissor Asif Kapadiyanın "Emi" filmi ən yaxşı sənədli film kimi mükafat əldə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə