Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində "Balaca donuz Peppa özünə dost yığır" tamaşası nümayiş olunacaq. SİA-nın verdiyi xəbərə görə, mayın 14-də göstəriləcək səhnə əsəri "Donuz Peppa" cizgi filminin ənənələri əsasında hazırlanıb. İngiltərənin "Entertainment ONE UK" şirkətinin lisenziyası üzrə çəkilən "Donuz Peppa" cizgi filmi uşaqlar üçün şən, musiqili interaktiv tamaşadır. Səhnə əsəri uşaqlarda dostluq, qarşılıqlı kömək, ailə dəyərlərinin qorunması, yaşlılara hörmətlə yanaşmaq kimi keyfiyyətlər aşılayacaq.
Balaca tamaşaçılar Peppa, onun atası, anası və qardaşı Corc ilə birlikdə donuzlar ailəsinin evində olacaq, gizlənqaç oynayacaq, balaca ördəklərin rəqsini öyrənəcək, ördək balasını xilas etməyə kömək göstərəcəklər.
Qeyd edək ki, uşaqlar sevimli qəhrəmanları ilə şəkil çəkdirmək imkanı da əldə edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB