“Yeddi keçi balası” səhnədə FOTOLAR

“Yeddi keçi balası” səhnədə FOTOLAR

"Musiqili Uşaq Teatrı" bir sıra uğurlu tamaşalara imza atıb. SİA-nın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, belə maraqlı tamaşalardan biri də Gənc Tamaşaçılar teatrının səhnəsində baş tutub. "Şəngülüm, Şüngülüm, Məngülüm" nağılının motivləri əsasında teatrın rəhbəri Elşad Rəhimzadənin bu dəfə səhnələşdirdiyi "Yeddi keçi balası" nağılını balaca tamaşaçılarına təqdim edən teatr bu dəfə də böyük uğurla çıxış edib.

Səhnə dekorasiyası, fon musiqisi, iştirakçıların qrimləri, geyimləri pərdələr açılan kimi zalda əyləşən balaca tamaşaçıları sanki nağıllar aləminə aparıb. Artıq III tamaşalarını təqdim edən teatr iştirakçıları daha da püxtələşərək səhnədə öz məharətlərini göstəriblər.

Tamaşaya Jerar Burjoanın "Ana" mahnısı da daxil edilib. Mahnını ifa edən arı, parabüzən, çiçək və it səhnədə dövrə vuraraq əsl meşə abu-havası yaradıblar.

Qeyd edək ki, konsertin sonunda isə tamaşanın bütün iştirakçıları təqdim olunaraq səhnəyə çıxıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə