Xalq şairinin xatirəsi anılacaq

Martın 3-də Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin (AAB) birgə təşkilatçılığı ilə xalq şairi Zəlimxan Yaqubun xatirəsinə həsr olunmuş "Zəlimxan özü var xatirələrdə" adlı ədəbi-bədii gecə keçiriləcək. SİA-nın məlumatına görə, tədbirdə şairin poeziyasından nümunələr səsləndiriləcək, incəsənət ustaları şairin əsərlərinə bəstələnmiş mahnıları ifa edəcək, aşıqlar saz havası üstündə şeirlərini oxuyacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə