"Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında" Azərbaycan Prezidentinin 2016-cı il 3 fevral tarixli Fərmanına uyğun olaraq, Mədəniyyət və Turizm Nazirliyində yaradılmış Apellyasiya Şurasının ilk iclası keçirilib.
Nazirlikdən SİA-ya bildirilib ki, Mədəniyyət və Turizm nazirinin birinci müavini Vaqif Əliyevin sədrliyi ilə keçirilən iclasda Şuranın vəzifələri, gələcək fəaliyyətinin təşkili, şikayətlərə baxılmasına dair təlimatın təsdiq olunması məsələləri müzakirə edilib. İclasda sahibkarlıq fəaliyyəti ilə bağlı müraciətlərə nazirlik və onun struktur bölmələri tərəfindən diqqətin daha da gücləndirilməsi, bu sahədə zəruri profilaktik tədbirlərin görülməsi, Apellyasiya Şurasının səlahiyyətlərinə aid məsələlərin hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsinin zəruriliyi xüsusi vurğulanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB