Yuğ teatrında "Çox məkanda var olmuşuq" adlı tamaşa nümayiş olunacaq. SİA-nın verdiyi xəbərə görə, Bakı şəhərinin baş planına uyğun olaraq, Azərbaycan Dövlət YUĞ teatrının (M.Muxtarov küçəsi, 83) binasının sökülməsi ilə əlaqədar Teatr Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin müvafiq qərarına əsasən 2016-cı ilin fevral ayının 1-dən etibarən fəaliyyətini Azərbaycan Dövlət Kukla Teatrının binasında davam etdirir.
Hazırda teatrda yaradıcılıq işləri davam edir. Reperturda olan bəzi tamaşalar teatrımızın müvəqqəti fəaliyyət göstərdiyi yeni məkana uyğunlaşdırılır, paralel olaraq bir neçə yeni tamaşanın məşqləri gedir. Bununla yanaşı, teatrın kollektivi bir sıra beynəlxalq və ölkəmiqyaslı layihələr üzərində də çalışır. Teatr tezliklə tamaşaçılarını yeni işləri ilə sevindirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB