Mingəçevir Dövlət Dram Teatrında "İncəbel və Div" uşaq tamaşasının premyerası keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, Rəvan Tohidoğlunun müəllifi olduğu "İncəbel və Div" nağılı əsasında səhnələşdirilən tamaşaya xalq artisti Ağaxan Salmanlı quruluş verib.
Tamaşanın quruluşçu rəssamı Ləman Salmanlı, musiqi tərtibatçısı isə Elnur Rəsulovdur. Səhnə əsərində əsas rolları aktyorlar Fəridə Məmmədova, Elmira İbrahimova, Amil Fərzəliyev, Aytən Allahverdiyeva, Asim Əmirov, Eyvaz Əliyev, Paşa Salmanov və Asim Məmmədov ifa ediblər.
Xalqa, vətənə məhəbbət, adət və ənənələrə bağlılıq, böyüyün kiçiyə diqqəti və hörməti tamaşanın bədii leytmotivinin başlıca ana xəttini təşkil edir.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB